ZƏİF HƏDİSLƏR

səhih və həsən hədislər üçün irəli sürülmüş şərtlərə uyğun olmayan hədislərdir. Onların Məhəmməd peyğəmbər tərəfindən söylənilməsi şübhələr doğurur. Fiqhi məsələlərinin çözülməsində zəif hədislərin dəlil kimi istifadə olunması məsələsində müsəlman alimləri arasında müxtəlif fikirlər vardır. Onların çoxu buna yol verməmişdirlər. Onlara görə zəif hədislər şübhəli olduqlarına görə onlardan dəlil kimi istifadə etmək olmaz. Digər alimlər isə problemlərin həllində zəif hədislərə deyil, qiyas metoduna üstünlük vermişdirlər. Bəziləri isə müəyyən şərtlərlə zəif hədislərin əsasında fiqhdə hökm verməyin tərəfdarı olmuşdurlar. Hədisin zəifliyi yalnız ehtimaldırsa, sübuta yetirilməmişdirsə o zaman ondan dəlil kimi istifadə edilə bilər. Digər şərt ondan ibarətdir ki, zəif hədislər Quran və hədislərdə təsbit olunmuş inancın təməllərinə zidd olmamalıdır. Daha bir şərt ondan ibarətdir ki, müsəlmanlar zəif hədislə verilən hökmü dinin buyruğu kimi deyil, yalnız üstünlük gətirən əməl kimi dəyərləndirməlidir. Zəif hədislər bir neçə yerə bölünürlər. Onların bəziləri aşağıdakılardır: 1.Məhəmməd peyğəmbərin səhabələrindən deyil, başqa adamlar tərəfindən söylənilmiş “Qərib” hədislər; 2. Rəvayətçilər silsiləsində iki və ya daha çox ravinin olmadığı “Müdəl” hədislər; 3. Rəvayətçilər silsiləsinin başlanğıcı bilinməyən “Müəlləq” hədislər; 4. Rəvayətçilərindən birinin nüfuzlu olmadığı “Məhcül” hədislər; 5. Mətnlərində və ya ravi silsilələrində bir-birindən fərqlənən xüsusiyyətlər olan “Məqlub” hədislər; 6. Rəvayətçilər silsiləsində Məhəmməd peyğəmbərin söylədiklərini eşidən səhabənin olmadığı “Məqtu” hədislər; 7. Rəvayətçilər silsiləsində birinci rəvayətçinin olmadığı “Müdəlləs” hədislər; 8. Rəvayətçilərinin müxtəlif variantlarda söylədikləri “Müdtərib” hədislər; 9. Adı və ünvanı bilinməyən rəvayətçinin olduğu “Münkəti” hədislər; 10. Hər hansı bir adı bilinməyən tabiundan söylənilmiş “Mürsəl” hədislər; 11. Etibarlı rəvayətçilərdən ötürülən, ancaq məna baxımından başqa hədislərdən fərqlənən “Şəz” hədislər.
ZƏBUR
ZƏKAT
OBASTAN VİKİ
Hədislər
Hədis dedikdə Məhəmməd peyğəmbər barəsində rəvayət edilən şey nəzərdə tutulur. Ümumiyyətlə, hədis Məhəmməd peyğəmbərin dediklərini, davranışlarını və ətrafında olanların hərəkətlərinə olan münasibətini ehtiva edən bir anlayışdır. == Tarixi == Müsəlmanlara görə İslam iki əsas sütunun – Qurani-Kərim və sünnənin əsasında duran sonuncu dindir. İslamın əsaslandığı ikinci sütundan – sünnədən – hədislərin tarixi haqqında. Doğrudur, bir çox alimlərə görə, Sünnə hədisdən daha geniş mənaya malikdir. Ancaq bunların arasında fərqin olmadığını düşünənlər də az deyildir. Hədis dedikdə Məhəmməd peyğəmbər barəsində rəvayət edilən şey nəzərdə tutulur. Ümumiyyətlə, hədis Məhəmməd peyğəmbərin dediklərini, davranışlarını və ətrafında olanların hərəkətlərinə olan münasibətini ehtiva edən bir anlayışdır. Bunun üçün hədisləri çox vaxt [əl-əhədis əl-qavliyyə] – (Məhəmməd peyğəmbərin dediyi, sözlə ifadə etdiyi hədislər), [əl-əhədis əl-filiyyə] – (Məhəmməd peyğəmbərin davranışını, etdiyi işləri, əməlləri, hərəkətlərini ifadə edən hədislər) və [əl-əhədis ət-təqririyyə] – Məhəmməd peyğəmbərin ətrafında olan insanların davranışlarına, hərəkətlərinə, dediklərinə olan təqriredici münasibətini bildirən hədislər) deyə üç qismə ayırırlar. Bəzən Məhəmməd peyğəmbərin fitri xüsusiyyətlərini, əxlaqı xarakterini də hədis məfhumuna daxil edirlər.
Zəif bənd
Zəif bənd — televiziya oyunu. Layihə veriliş kimi ilk dəfə 2000-ci il 14 avqust tarixində BBC telekanalında yayımlanmağa başlayıb. Bu layihəni Anna Robinson adlı məşhur qadın aparıcı yaratmışdır. Bu veriliş həm də bilik oyunudur. Sonralar veriliş Azərbaycan, ABŞ, Sinqapur, Türkiyə, Rumıniya, İspaniya, Meksika, İtaliya, İsrail, Makedoniya Respublikası, Cənubi Afrika, Tailand, Sloveniya, Fransa, Honkonq, Braziliya, Almaniya, Çili, Şimali Koreya, Yaponiya, Çin, Çexiya, Yunanıstan, Şotlandiya, İrlandiya, Livan, Rusiya, Serbiya, Portuqaliya və Polşada yayımlanmağa başlayıb. Azərbaycanda veriliş ilk dəfə Lider TV tərəfindən 2001-ci ildən yayımlanmağa başlanmışdır. İlk aparıcısı Kamilə Babayeva olmuşdur. 2006–2011-ci illərdə veriliş dayandırılmışdır. 2011-ci ilin noyabrından veriliş Lider TV-də bərpa edilir və yeni aparıcısı Solmaz Süleymanlı olur. Veriliş hər şənbə günü saat 18:00-da yayımlanırdı, lakin 2014-cü ildə veriliş yenidən bağlanılmışdır.
Zəif dazı
Zəif dazıotu
Zəif keçid
Zəif keçid — proqramlaşdırmada zəif istinad zibil toplanması və ya istinadların hesablanması ilə sistemlərdə dinamik şəkildə yaradılmış obyektlərə xüsusi istinad növüdür. Güclü istinadlardan onunla fərqlənir ki, zibil toplayıcı silinəcək obyektləri müəyyən edərkən istinadla obyektin əlaqəsini nəzərə almır. Beləliklə, zəif istinad güclü istinad kimi obyektlə işləməyə imkan verir, lakin lazım gələrsə, ona zəif istinad olsa belə, obyekt silinəcəkdir. Adi istinadlar bəzən zibil yığımı kontekstində "güclü" istinadlar adlandırılır. Zəif istinad anlayışı zibil yığılmasını dəstəkləyən sistemlərdə və proqramlaşdırma dillərində mövcuddur — istifadəsi dayandırılmış və artıq bərpa edilməyəcək obyektlərin yaddaşdan avtomatik çıxarılması. Zibilin toplanmasına məruz qalan obyektləri müəyyən etmək üçün əlçatanlıq alqoritminin bu və ya digər versiyası istifadə olunur — proqramda ən azı bir istinad olduqda obyekt əlçatan sayılır. Proqramda obyektə bir dənə də olsun istinad qalmadıqda, yəni obyektin istifadəsi dayandırıldıqda, belə obyekt növbəti uyğun anda silinə bilər. Yaddaşın boşaldılması üçün təsvir edilən mexanizm bəzi hallarda "unudulmuş" istinadlara görə yaddaş sızması yarada bilər, yaradılmış obyektlərə istinadlar bir neçə yerdə saxlandıqda və obyekt artıq istifadə edilmədikdə proqramçı onların hamısını silmir. Problemlərin qarşısını almaq üçün proqramçı bağlantıların istifadəsində kifayət qədər sərt nizam-intizama riayət etmək məcburiyyətində qalır ki, bu da həmişə əlverişli deyil. Belə problemlərin qarşısını almaq üçün proqramlaşdırma dili və ya mühiti zəif istinadlar adlandırılanları dəstəkləyə bilər.
Zəif ürək (hekayə)
Zəif ürək — Rus yazıçısı Fyodor Dostoyevskinin 1848-ci ildə A. A. Kraevskinin "Oteçestvennıe zapiski " jurnalının ikinci nömrəsində dərc olunmuş hekayəsidir.1865-ci ildə ayrıca nəşr olaraq buraxılmışdır. Vasya Şumkov Sankt-Peterburqun hansısa departamentində gənc məmurdur. Kasıb ailədən çıxıb, üstəlik, özü də çolaqdır, ona görə də özünü başqalarından pis hesab edir. Ancaq müdiri ona yaxşı diqqət yetirdi, yaxın bir dostu ona hər cür kömək etdi və Lisa onunla evlənməyə razı oldu. Vasya hesab edir ki, belə bir xoşbəxtliyə layiq deyildi, o, tamamilə özünə qapanır və sonda dəli olur.